Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - VİDEO

Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - VİDEO
# 18 may 2021 23:36 (UTC +04:00)

Lənkəranda 57 yaşlı kişi qəza nəticəsində ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonunun Şağlaser kəndində "VAZ-2107" markalı avtomobil 1964-cü il təvəllüdlü Əliyev Ağaziyad Miryunus oğlunu vurub.

Hələlik adı məlum olmayan sürucü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdıra bilməyib və xəsarət alan 57 yaşlı kişi yolda keçinib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR