Masallıda mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO

Masallıda mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO
# 12 may 2021 10:17 (UTC +04:00)

Masallıda mağazadn oğurluq olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakini E.Abdinov Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR