Masallıda keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Masallıda keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB  - VİDEO
# 14 may 2021 21:49 (UTC +04:00)

Masallı rayonunda keçmiş arvadını bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bıçaq xəsarəti alan Zəhra Əzizova boğaz nahiyəsindən əməliyyat olunub. Vəziyyəti stabildir, orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, tərəflər 1 ildir ki, boşanıblar. 3 övladlarından 2-si ata, 1-i isə ana ilə qalır.

***

20:50

Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR