Naxçıvanda velosipedçini avtomobil vuraraq öldürüb

Naxçıvanda velosipedçini avtomobil vuraraq öldürüb
# 18 may 2021 12:37 (UTC +04:00)

Naxçıvanda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəhər ərazisində Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub.  Xəsarətlə xəstəxanaya yerləşdirilən X.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR