Ötən il meşəlik və əkin sahələrində ən çox yanğın baş verən ərazilər müəyyən edilib - VİDEO

FHN Dövlət Yanğın Nəzarəti Xidməti

© APA | FHN Dövlət Yanğın Nəzarəti Xidməti

# 07 may 2021 13:18 (UTC +04:00)

Ötən il ərzində açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş verən yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların daha çox baş verdiyi ərazilər müəyyən edilib.

Bunun nəticəsi olaraq, xidmət tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə yanğınların baş vermə ehtimalı yüksək olan yerlərdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, həmçinin aidiyyəti təşkilatlarla birlikdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, əkin sahələri və meşə ərazilərinin ətrafının, avtomobil və dəmir yolları, yüksək gərginlikli hava elektrik xətləri və digər kommunikasiyalar keçən və bunlara yaxın olan sahələrin şumlanması üsulu ilə yanğına qarşı mühafizə zolaqlarının yaradılması işlərinə başlanılıb.

Qeyd olunan məsələ ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlanıb, zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq rejimə əməl olunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Həmçinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, fermer təsərrüfatları və fərdi sahibkarların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir.

Xidmət tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR