Prokurorluq Yasamaldakı intiharla bağlı məlumat yayıb

Prokurorluq Yasamaldakı intiharla bağlı məlumat yayıb
# 14 may 2021 15:01 (UTC +04:00)

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR