Qazaxda baş verən qəzada 2 nəfər xəsarət alıb

Qazaxda baş verən qəzada 2 nəfər xəsarət alıb
# 14 may 2021 22:29 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “QAZ 24” markalı minik avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza zamanı 1954-cü il təvəllüdlü Ələkbərov Nizami və 1952-ci il təvəllüdlü Xasməmmədov Azər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR