Quba sakinindən silah-sursat götürülüb

Quba sakinindən silah-sursat götürülüb
# 17 may 2021 12:48 (UTC +04:00)

Quba sakinində silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evə baxış zamanı oradan 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 ədəd patrondaş, 54 ədəd patron, patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkar edilərək götürülüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR