Saatlıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Saatlıda karantin qaydalarını pozan çayxana aşkar edilib
# 13 may 2021 13:49 (UTC +04:00)

Daxili işlər orqanları əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR