Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb

polis

© APA | polis

# 08 may 2021 16:40 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR