Sabirabadda avtomobil kanala aşıb, sürücü ağır xəsarət alıb - FOTO - VİDEO

Sabirabadda avtomobil kanala aşıb, sürücü ağır xəsarət alıb - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span>
# 15 may 2021 20:12 (UTC +04:00)

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. 

“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb. 

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR