Şabranda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var-FOTO

yol qəzası Şabran

© APA | yol qəzası Şabran

# 06 may 2021 10:35 (UTC +04:00)

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonu, Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Əhmədxanlı hadisə yerində ölüb. Hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Quba rayon sakini, 1993-cü il təvəllüdlü Əli Əzizov isə orada vəfat edib.

Digər xəsarət alan Quba rayon sakinləri - 1994-cü il təvəllüdlü Kənan Abdullayev, 31 yaşlı Hüseyn Babayev və 32 yaşlı Əmri Əhmədxanlının Şabran Mərkəzi Rayon Xəstəxanasında müalicələri davam etdirilir.
Fakrla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR