Samuxda gənci ildırım vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Samuxda gənci ildırım vuraraq öldürüb - <span class="red_color">FOTO</span> - <span class="red_color">VİDEO</span> - <span class="red_color">YENİLƏNİB</span>
# 18 may 2021 17:00 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

21:33

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb. 

Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb. 

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına  düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. 

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib. 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR