Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

narkotik

© APA | narkotik

# 08 may 2021 10:18 (UTC +04:00)

Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Şəki Rayon
(Şəhər) Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
APA-nın yerli bürosuna verilən məlumata görə, şəhər sakini Şahin Nəsirovdan 5 qramdan artıq qurudulmuş marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun qəbiristanlıq ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan sellofan torbada 490 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı Ş.Nəsirovun rayon sakini Teymur Mirzəyevə də 20 manat müqabilində narkotik vasitə satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR