Siyəzəndə mağazadan oğurluq edən qardaşlar tutulub

Siyəzəndə mağazadan oğurluq edən qardaşlar tutulub
# 06 may 2021 10:21 (UTC +04:00)

Siyəzəndə mağazadan oğurluq edilib.

DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan APA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar. Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR