Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub - FOTO - VİDEO

Sumqayıtda binada yanğın

© APA | Sumqayıtda binada yanğın

# 09 may 2021 14:50 (UTC +04:00)

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 34-cü məhəlləsində 8/25 saylı binasında qeydə alınıb.

Blokların birində pilləkən qəfəsində quraşdırılmış 3 ədəd su sayğacı yanıb. Yanğın nəticəsində ətrafda olan qaz sayğaclarına da ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.

Mənzillər yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR