Sumqayıtda restoranda toy keçirilməsinin qarşısı alınıb - VİDEO

#

© APA | Sumqayıtda restoranda toy keçirilməsinin qarşısı alınıb

# 17:28
17 may 2021

Sumqayıt şəhərində 53-cü məhəllədə yerləşən “Aylı gecə” restoranında xüsusi karantin rejiminin pozularaq çoxsaylı qonaqların iştirakı ilə toy keçirilməsi barədə polisə məlumat daxil olub.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin və 1 saylı polis bölməsinin birgə həyata keçirdiyi tədbirlər zamanı qeyd edilən ünvanda kiçik toy məclisinin keçirildiyi aşkar olunub. Həmin restoranın icarədarı olan Bakı şəhəri Nəsimi rayonu İ. Məmmədov küçəsi, ev 3, mənzil 6 ünvanında qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cabbarov Qurban Məhəmməd oğlu və 19 nəfər toy iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR