Tərtərdə oğurluq edən və narkotik dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Tərtərdə oğurluq edən və narkotik dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

© APA | narkotik

# 18 may 2021 12:44 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, ötən ilin dekabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən məişət əşyalarının oğurlanması barədə Tərtər RPŞ-yə məlumat daxil olub. Keçirilmiş tədbirlər nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Səxavət Axundlunun yeri müəyyən edilərək saxlanılıb.

Bundan başqa daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıb. Həmin şəxslərin Bərdə rayon sakini Şəhriyar Babayev və Ağdam rayon sakini Elvin Sadıqov olduğu müəyyən edilib. Onların üzərində aparılan şəxsi axtarış zamanı Ş. Babayevdən şəxsi istehlak miqdarından artıq metamfetamin və heroin, E. Sadıqovdan da heroin aşkar edilərək götürülüb.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər nəticəsində axtarışda olan şəxsin də yeri müəyyən edilib. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Bərdə  rayon sakini Bəybala Kamranbəyli saxlanılaraq aidiyyəti üzrə təhvil  verilib.
 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR