Ucarda mikroavtobusla evakuator toqquşub, ölən var-FOTO

mikroavtobusla evakuator toqquşub

© APA | mikroavtobusla evakuator toqquşub

# 07 may 2021 09:09 (UTC +04:00)

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi "evakuator"un arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E. Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb. Hadisə nəticəsində evakuatorun apardığı Qazax rayon sakini, 1973-ci il təvəllüdlü Rövşən Cavad oğlu Əhmədova məxsus " Vita" markalı avtomobilə də ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR