Poroşenkonun mükafatlandırdığı azərbaycanlı: "Bu, Ukrayna uğrunda döyüşən bütün azərbaycanlıların xidmətinə verilən qiymətdir"

#
# 10:09
25 oktyabr 2017

Ukrayna Milli Qvardiyasının Milli Qəhrəman, general S. Kulçiçski adına taborunun azərbaycanlı hərbçisi İsrafilov Vidadi Şəhriyar oğlu antiterror əməliyyatlarında xidmətlərinə görə prezident Pyotr Poroşenko tərəfindən mükafatlandırılıb.

 

V. İsrafilov APA-ya bildirib ki, “Antiterror əməliyyatlarında iştirakına görə” medalı ilə təltif olunması barədə prezident 2016-cı ilin dekabrında sərəncam imzalasa da, mükafat ona dünən təqdim olunub.

 

O qeyd edib ki, bu, ölkə rəhbərliyinin onun timsalında Ukraynada terror əleyhinə mübarizə aparanların xidmətinə verilən qiymətdir: “Bunu tək özümə yox, Ukraynada uğrunda döyüşən azərbaycanlıların, ümumiyyətlə bütün döyüşçü yoldaşlarımın xidmətinə verilən qiymət kimi dəyərləndirirəm. Bir azərbaycanlı kimi bu mükafatın mənim üçün böyük əhəmiyyəti var”.

 

1999-cu ildən Ukraynada yaşayan V. İsrafilov əslən Azərbaycanın Şəki rayonundandır.

 

O, indiyə qədər Ali Rada və komandanlıq tərəfindən də bir sıra mükafatlara da layiq görülüb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR