Yevlaxda naməlum şəraitdə bıçaqlanan 17 yaşlı oğlan ölüb - YENİLƏNİB

Yevlaxda naməlum şəraitdə bıçaqlanan 17 yaşlı oğlan ölüb - YENİLƏNİB
# 09 oktyabr 2019 21:48 (UTC +04:00)

Yevlax rayonunda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlunun xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

***

Saat 20:55

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR