Azərbaycanın 383 hərbçisi Türkiyədə təlimi başa vurub

“Əməliyyat Təlim Kursu”

© APA | “Əməliyyat Təlim Kursu”

# 27 oktyabr 2021 13:19 (UTC +04:00)

Türkiyədə kursa göndərilən 383 azərbaycanlı hərbçi üçün bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin İsparta şəhərinin Eğirdir qəsəbəsində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının 23 avqust-16 oktyabr tarixləri arasında təşkil etdiyi “Əməliyyat Təlim Kursu”nda təlim keçən 383 azərbaycanlı hərbçi üçün bağlanış mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR