Ağstafada 4 top mərmisi tapılıb

Ağstafada 4 top mərmisi tapılıb
# 17 mart 2020 17:17 (UTC +04:00)

Martın 17-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 130 mm-lik top mərmisi (BR-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 800 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR