Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir müavini beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.
Nazir müavini vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir.
T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.
Müdafiə nazirinin müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb
14 fevral 2020 15:14 (UTC +04:00)
Hərbi
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
18:48
25 aprel 2024
Hərbi xidmətə aprel çağırışı yekunlaşır
11:33
25 aprel 2024
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir - VİDEO
10:26
25 aprel 2024
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
14:17
24 aprel 2024