Akar: “Azərbaycanın 30 illik işğala son qoyması bölgədə davamlı sülh üçün yeni imkanlar yaradıb”

Hulusi Akar, Zakir Həsənov

© APA | Hulusi Akar, Zakir Həsənov

# 05 oktyabr 2021 17:17 (UTC +04:00)

Şuşa və Bakı Bəyannamələri ilə Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik bütün dünyaya elan edilib.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Hulusi Akar azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla görüşündə bildirib.

H. Akar “Tək Vətən Hərəkatı”nın ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edib.

Nazirin sözlərinə görə, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək 30 illik işğala son qoyması regionda davamlı sülh üçün yeni imkanlar yaradıb.

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə haqq mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - Türkiyənin müdafiə naziri vurğulayıb.

H. Akar qeyd edib ki, “Qardaş Briqada” layihəsi Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırması, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR