Akar: “Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir”

Hulusi Akar

© APA | Hulusi Akar

# 16 noyabr 2021 12:50 (UTC +04:00)

“Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil məsələlərinə dəstək verir”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mina və PHS-lərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində müştərək fəaliyyət də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR