“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb - VİDEO

"Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb

© APA | "Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb

# 02 iyul 2021 18:34 (UTC +04:00)

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR