ANAMA: Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 3500 hektara yaxın ərazi təmizlənib

ANAMA: Bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 3500 hektara yaxın ərazi təmizlənib

© APA | İdris İsmayılov

# 30 iyul 2021 12:05 (UTC +04:00)

"Hazırda ANAMA tərəfindən işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə əməliyyatı davam etdirilir, həm nəqliyyat sektoru, həm yaşayış infrastrukturu və həm də sahələr üzrə təmizləmə əməliyyatı davam edir".

APA-nın məlumatına görə, bunu Füzulidə jurnalistlərə açılmasında ANAMA-nın Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, bu günə qədər ANAMA tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan mina təmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib: "20 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Hazırda əməliyyat-axtarış tədbirləri, həm əllə mina təmizləmə üsulu ilə, həm mexaniki minatəmizləmə vasitəsilə, həm də xüsusi təlim keçmiş mina axtaran itlər vasitəsilə həyata keçirilməkdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR