ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən ay 443 mina, 1090 PHS aşkarlanıb - VİDEO - YENİLƏNİB

ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən ay 443 mina, 1090 PHS aşkarlanıb - VİDEO  - YENİLƏNİB
# 01 iyun 2021 14:25 (UTC +04:00)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunan ərazilərdə həyata keçirilən əməliyyatlar barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən xəbərə görə, mayın 1-dən 31-dək 369 piyada əleyhinə, 74 tank əleyhinə mina, 1090 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı , Cəbrayıl və Zəngilanda 7395308 kv.m ərazi (739.5 ha) mina və PHS-lərdən təmizlənib.

Ötən ilin noyabrın 11-dən bu ilin mayın 31-dək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7449 piyada əleyhinə, 3643 tank əleyhinə mina, 9033 PHS aşkarlanıb.

Bu müddət ərzində ümumilikdə 27635309 kv.m (2763.5 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR