ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 24 PHS aşkarlanıb

ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 24 PHS aşkarlanıb
# 17 may 2021 11:12 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, mayın 10-dan 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 82 piyada əleyhinə mina, 5 tank əleyhinə mina və 24 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 135.5 hektar ərazi mina və PHS-lardan təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR