ANAMA sədri: "Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək"

ANAMA sədri: "Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək"
# 22 oktyabr 2021 14:24 (UTC +04:00)

“Minatəmizləmə qruplarının sayı artırılıb, bu işi etmək istəyən şəxslərə təlimlər keçirilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Anadolu Agentliyinə müsahibəsində deyib.

ANAMA sədri bildirib ki, Türkiyənin minatəmizləmə sahəsində ixtisaslaşmış qurumları ilə davamlı təmas halındadırlar: “Türk qurumları ilə təcrübə mübadiləsi aparırıq. Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək”.

V. Süleymanovun sözlərinə görə, əraziləri minalarla çirkləndirmək 1949-cu ildə imzalanan Cenevre Konvemsiyası da daxil olmaqla beynəlxalq hüququn təməl norma və prinsiplərinə ziddir: “Ermənistanın işğal dövründə döşədiyi minaların partlaması nəticəsində 7 əsgər, 26 mülki şəxs olmaqla 33 nəfər Azərbaycan vətəndaşı şəhid olub, 139 vətəndaşımız isə ağır yaralanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR