ANAMA Zəngilanda minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb

ANAMA Zəngilanda minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
# 20 noyabr 2021 15:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

ANAMA-dan APA-ya verilən məlumata görə, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

ANAMA-nın ictimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsinin məlumatına əsasən, hadisədən dərhal sonra Vaqif Babayev helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

Vaqif Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR