“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıdıb

“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıdıb
# 04 sentyabr 2021 18:11 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Namiq Əhmədov "Ən yaxşı məşqçi", gizir Elşad Orucovun rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR