Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurub - VİDEO

“Artilleriya atəşinin ustaları” müsabiqəsi

© APA | “Artilleriya atəşinin ustaları” müsabiqəsi

# 01 sentyabr 2021 18:55 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.
Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.

Qeyd olunub ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR