Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələri 11900 hektardan çox ərazini minalardan təmizləyib

Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələri 11900 hektardan çox ərazini minalardan təmizləyib
# 22 sentyabr 2021 10:44 (UTC +04:00)

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.

Müdafiə Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR