Azərbaycan bu il Türkiyədən müdafiə və aviasiya sənayesi məhsullarının alışını kəskin artırıb

Azərbaycan bu il Türkiyədən müdafiə və aviasiya sənayesi məhsullarının alışını kəskin artırıb
# 11 iyun 2021 12:51 (UTC +04:00)

2021-ci ilin yanvar-may ayları ərzində Türkiyə Azərbaycana 135 milyon 889 min ABŞ dolları dəyərində müdafiə və aviasiya sənayesi məhsulları ixrac edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin təqdim etdiyi göstəricilərdə əksini tapıb.

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 dəfəyə qədər artıb. Bu göstərici ilə Azərbaycan cari ilin ilk beş ayında Türkiyənin ən çox müdafiə və aviasiya sənayesi məhsulları ixrac etdiyi ikinci ölkə olub.

Birinci yerdə isə 476,2 milyon dollarla ABŞ qərarlaşıb. ABŞ-a ixrac illik müqayisədə 66% artıb.

Yanvar-may ayları ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi məhsulları ixracı 48.3% artaraq 1 milyard 120.1 milyon dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR