Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Təlim iyulun 3-dək davam edəcək.
***
17.31
Azərbaycan, Qətər, Pakistan və NATO-nun qatıldığı “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.
APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimdə bütün iştirakçıların bilik, bacarıq və təcrübələrinin paylaşılması qarşıya məqsəd qoyulub.