Azərbaycan hərbçilərinin də qatıldığı “Anadolu Qartalı-2021” təlimi başlayıb - FOTO - YENİLƏNİB - VİDEO

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi

© APA | “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi

# 22 iyun 2021 18:18 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Təlim iyulun 3-dək davam edəcək.

***

17.31

Azərbaycan, Qətər, Pakistan və NATO-nun qatıldığı “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimdə bütün iştirakçıların bilik, bacarıq və təcrübələrinin paylaşılması qarşıya məqsəd qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR