Azərbaycan MN: Erməni hərbçilər tərksilah edilərək saxlanılıb, xeyli silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib

Müdafiə Nazirliyinin binası

© APA | Müdafiə Nazirliyinin binası

# 16 noyabr 2021 13:24 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçilər tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR