Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir

© APA | Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir

# 13 sentyabr 2021 13:29 (UTC +04:00)

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR