Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyev dəfn edilib - YENİLƏNİB- VİDEO

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyevin dəfn mərasimi

© APA | Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Əfqan Həmzəyevin dəfn mərasimi

# 15 oktyabr 2021 13:33 (UTC +04:00)

Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əfqan Həmzəyev Goranboyda dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid doğulduğu Borsunlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

***

09.57

Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboyda vida mərasimi başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Borsunlu kəndində keçirilir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR