Azərbaycan sərhəddə təxribat törətdiyinə görə məhv edilən 3 erməni hərbçinin cəsədini qarşı tərəfə verib - VİDEO

Azərbaycan sərhəddə təxribat törətdiyinə görə məhv edilən 3 erməni hərbçinin cəsədini qarşı tərəfə verib - VİDEO
# 19 noyabr 2021 18:39 (UTC +04:00)

Azərbaycan noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən üçünün cəsədini bu gün qarşı tərəfə verib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, cəsədlər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qaytarılıb.

Cəsədlər bu gün İrəvana aparılıb. Hərbçilərin kimliyini Ermənistan Müdafiə Nazirliyi açıqlayacaq.

Qeyd edək ki, Ermənistan noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri bu gün açıqlamağa başlayıb.

Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə döyüşlərdə bir nəfərin - Merujan Arutunyanın ölməsi, 13 hərbçinin əsir götürülməsi, 24 hərbçinin isə itkin düşməsi barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR