Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib
# 15 noyabr 2021 19:08 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, "Hərbi hüquq üzrə ekspert görüşü"ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, inzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR