Azərbaycan və Türkiyə hərbi təyyarələri birgə təlimdə döyüş uçuşları həyata keçiriblər - VİDEO

"TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri

© APA | "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri

# 15 sentyabr 2021 12:32 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.
Təlimlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR