Azərbaycan və Türkiyə xüsusi təyinatlıların təliminə dair Memorandum 1 il qüvvədə olacaq

Azərbaycan və Türkiyə xüsusi təyinatlıların təliminə dair Memorandum 1 il qüvvədə olacaq
# 13 sentyabr 2021 16:39 (UTC +04:00)

“Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu 1 il müddətində etibarlı olacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.

Təlim zamanı bu Anlaşma Memorandumunun ləğv edilməsi halında göndərən ölkənin heyəti və təchizatı ev sahibi ölkənin ərazisini qəti olaraq tərk edənə və bu anlaşma memorandumu çərçivəsində hər hansı bir məsələ həll olunana qədər Memorandumun müddəaları qüvvədə qalır.

Tərəflər bu anlaşma memorandumun ləğvindən sonra da mübadilə edilən məxfi məlumatın və materialın qorunmasına və məxfilik dərəcəsinin ləğv olunmasının qarşısının alınmasına görə məsuliyyət daşımağa davam edirlər.

Sənəddə qeyd edilib ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlıların heyətini qarşılıqlı olaraq ölkə ərazisinə giriş və çıxış zamanı müvəqqəti olaraq idxal edilən təchizatını və təminat maddələrini gömrük rüsumlarından və digər vergilərdən azad edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR