Azərbaycan və Türkiyənin müdafiə nazirləri Kaxetidə görüşüb - FOTO - YENİLƏNİB

Hulusi Akar, Zakir Həsənov

© APA | Hulusi Akar, Zakir Həsənov

# 05 oktyabr 2021 13:40 (UTC +04:00)

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.
General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.
Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

***

11.49

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında ikitərəfli görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Z. Həsənov və H. Akar Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.

Görüş zamanı tərəflər iki ölkə arasındakı təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq əlaqələrini, eyni zamanda, hərbi təlimlərdə birgə iştirak məsələsini müzakirə ediblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da iştirak edib.

İkitərəfli görüş daha sonra mətbuata qapalı davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR