Azərbaycanda NATO-nun təlim kursu keçirilir - VİDEO

"Aviasiya əməliyyatları" mövzusunda təlim kursu

© APA | "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu

# 07 dekabr 2021 12:41 (UTC +04:00)

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə "Aviasiya əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR