Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində iştirak edir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində iştirak edir

© APA | Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində iştirak edir

# 29 may 2021 15:53 (UTC +04:00)

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.
Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyyə edib.
Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb.
Təlim iyunun 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR