Azərbaycanın Quru Qoşunları komandanı Moskvada səfərdədir - FOTO

Azərbaycanın Quru Qoşunların komandanı Moskvada səfərdədir

© APA | Azərbaycanın Quru Qoşunların komandanı Moskvada səfərdədir

# 04 sentyabr 2021 17:28 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

Yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.

Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR