Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər - VİDEO

Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələrdə

© APA | Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələrdə

# 20 may 2021 11:43 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin bir neçə hərbi hissəni ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Müdafiə nazirləri hərbi hissənin qərargahında olublar. General-leytenant V.Xrenin burada hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra nazirlər ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Sonra “Polonez” əməliyyat-taktiki raket komplekslərinin yerləşdiyi hərbi hissə ziyarət olunub.

Müdafiə nazirlərinə qoşun xidməti, hərbi hissənin döyüş hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məruzə olunub. Hərbi hissə və şəxsi heyətin yüksək sosial məişət şəraiti ilə bağlı məlumat verildikdən sonra nazirlər burada yaradılan hərbi infrastrukturla tanış olub. Qərargah binası, əsgər yataqxanası, yeməkxanaya baxış keçirilib.

Sonda müdafiə nazirləri “Polonez” əməliyyat-taktiki raket komplekslərinin saxlandığı park, döyüş raketlərinin saxlandığı anbar və texniki xidmət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR